İdmançının təyyarədən tullanarkən paraşütün açıldığı ana qədər olan hərəkətini h (t) = -5t2 + 1500 düsturu ilə, paraşüt açıldıqdan sonra isə h (t) = -5t + 450 düsturu ilə ifadə etmək olar. Burada t (san) zamanı, h paraşütçünün yerdən məsafəsini (metrlə) göstərir.
a) Paraşüt neçə saniyədən sonra açılmışdır?
b) Paraşüt yerdən hansı hündürlükdə açılmışdır?
Samir futbol topunu zərbə ilə yuxarı vurdu. Eyni zamanda 16 m hündürlükdəki yuvadan quş havaya qalxdı. Quş şaquli istiqamətdə 4 m/san sürətlə yüksəlir. Topun yer səthindən h (metrlə) məsafəsinin t (san) uçuş müddətindən asılılığı h (t) = 24t - 5t2 + 1 düsturu ilə verilir. Neçə saniyədən sonra top və quş eyni hündürlükdə olacaq?
Hər iki tənliyi ikidərəcəli olan tənliklər sistemi
Hər iki tənliyi ikidərəcəli olan tənliklər sisteminin qrafik həllinə görə sistemin həlləri sayını müəyyən etmək olar. Aşağıda verilmiş nümunələri araşdırın.