- Tənliyi yeni dəyişən daxil etməklə həll edin.
- Firuz tənliyini aşağıdakı kimi həll etmişdir. Firuzun həllini
araşdırın. Tənlikləri bu üsulla həll edin.
-
ΔABC -də
B təpəsindən çəkilən hündürlük AC
tərəfini AD = 5 sm və DC = 16 sm olmaqla iki
parçaya ayırır.
1) BD = h işarə etməklə AB və BC tərəflərinin
uzunluqlarını h ilə ifadə edin.
2) ΔABC nin
perimetrinin 54 sm olduğunu
bilərək h-ı
tapın.
-
Balıqçı eni 3 km olan su anbarının
kənarındakı A nöqtəsindən C nöqtəsinə
qayıqla keçməyi, oradan isə piyada olaraq
B nöqtəsinə getməyi planlaşdırır. Anbarın
qarşı tərəfindəki üzbəüz D nöqtəsindən
B nöqtəsinə qədər olan məsafə 7 km-dir.
Balıqçı C nöqtəsinə qayıqla 10 km/saat
sürətlə, sonra isə piyada B nöqtəsinə
6 km/saat sürətlə hərəkət etdi. Bütün
yola cəmi 1 saat vaxt sərf olundu. Balıqçı nə qədər yol qət etdi?