4. Nümunə. |2x - 4| = 1 - 3x
Həlli. Mütləq qiymətin tərifinə görə:
I hal. Əgər 2x - 4 ≥ 0, yəni x > 2 olarsa, |2x - 4| = 2x - 4 olduğundan verilən tənlik 2x - 4 = 1 - 3x şəklinə düşər. Bu belə yazılır:
2x - 4 = 1 - 3x tənliyindən 5x = 5, x = 1 tapılır ki, bu qiymət x ≥ 2 şərtini ödəmir. Yəni bu halda tənliyin kökü yoxdur.
II hal. Əgər 2x - 4 < 0, yəni x < 2 olarsa, |2x - 4| = - (2x- 4) olur və verilmiş tənlik -(2x - 4) = 1 - 3x şəklinə düşür. Bu halda
- (2x- 4) = 1 - 3x tənliyindən x = -3 tapılır ki, bu qiymət x < 2 şərtini ödəyir. Beləliklə verilmiş tənliyin bir kökü var. Cavab: { -3}
Öyrənmə tapşırıqları