Kimyəvi xassələri. Nitrat turşusu turşuların ümumi xassələrinə və bəzi xüsusi xassələrə malikdir.
I. Nitrat turşusunun ümumi kimyəvi xassələri.
Nitrat turşusu qüvvətli turşudur və məhlulda tam dissosiasiya edir. Duru nitrat turşusu başqa turşulara xas olan ümumi xassələrə malikdir (turşuların metallarla qarşılıqlı təsirindən hidrogenin ayrılması istisna olmaqla; bax: bənd В):
II. Nitrat turşusunun xüsusi xassələri
A) Nitrat turşusu davamsız maddədir.
Nitrat turşusu qızdırıldıqda və ya işığın təsirindən qismən parçalanır. Əmələ gələn qonur rəngli NO2 turşuda həll olaraq onu sarı rəngə boyayır:
B) Nitrat turşusunun oksidləşdirici xassələri.
1. Nitrat turşusu metallarla müxtəlif cür qarşılıqlı təsirdə olur. Bu reaksiyalarda, bir qayda olaraq, H2 ayrılmır, çünki turşunun +5 oksidləşmə dərəcəsinə malik azotu (NO3 – ionu) H+ ionundan qüvvətli oksidləşdiricidir və bu səbəbdən metalı H+ ionu deyil, turşunun azotu oksidləşdirir. Nəticədə turşunun qatılığından və metalın aktivliyindən asılı olaraq turşunun azotu reduksiya olunaraq aşağıda göstərilən maddələrdən birinə və ya bir neçəsinə çevrilir:
Bu zaman, nitrat turşusu nə qədər duru, metal nə qədər fəal olarsa, azotun reduksiyası bir o qədər dərin baş verir.
Məsələn, qatı nitrat turşusu (təxminən 70%-li) mis metalı ilə qarşılıqlı təsirdə olduqda duz, su və azot(IV) oksid əmələ gəlir:
Eyni şəkildə qatı nitrat turşusu elektrokimyəvi gərginlik sırasında hidrogendən sağda duran az aktiv metallarla - civə və gümüşlə də qarşılıqlı təsirdə olur.