– | Şimşək çaxarkən yağış sularının təsirindən əmələ gəlir, torpağın münbitliyinin artmasına səbəb olur. Söhbət hansı maddədən gedir? |
a) | 3 sınaq şüşəsindən birinə dəmir yonqarı, ikincisinə alüminium tozu, üçüncüsünə mis qırıntısı yerləşdirib hər birinin üzərinə bir qədər qatı nitrat turşusu əlavə edin və müşahidə aparın. |
b) | Zəif közərdilmiş çöpü qızdırılmış qatı nitrat turşusuna asta-asta salın və müşahidə aparın. |
– | Nə üçün dəmir və alüminium adi şəraitdə qatı nitrat turşusu ilə reaksiyaya daxil olmur? |
– | Gərginlik sırasında hidrogendən sağda yerləşən mis qatı nitrat turşusu ilə hansı şəraitdə reaksiyaya daxil oldu? |
– | Zəif közərdilmiş çöpü qızdırılmış qatı nitrat turşusuna saldıqda nə müşahidə etdiniz? Bu hadisəni necə izah etmək olar? |
Alınması. Laboratoriyada nitrat turşusunu bərk halda götürülmüş kalium-nitrat və ya natrium-nitrata zəif qızdırmaqla qatı sulfat turşusunun təsirindən almaq olar:
Sənayedə nitrat turşusu ammonyakdan alınır. Proses 3 mərhələ üzrə gedir:
1. Ammonyak platin-rodium katalizatorunun iştirakında havanın oksigeni ilə NO-ya oksidləşdirilir:
2. Azot-monooksid adi temperaturda havanın oksigeni ilə azot-dioksidə oksidləşdirilir:
3. Artıq miqdarda götürülmüş oksigenin iştirakı ilə azot-dioksid suda həll edilir:
Fiziki xassələri. Təmiz nitrat turşusu boğucu iyli, rəngsiz mayedir. O, havada "tüstülənir" və 86°C-də qaynayır. Satışda olan qatı nitrat turşusu, adətən, sarı rəngə boyanmış olur. Bu rəngi turşuya onun qismən parçalanması nəticəsində əmələ gələn və turşuda həllolan azot-dioksid verir.