2. Qızdırıldıqda ammonium duzlarının parçalanma xüsusiyyəti duzun anionundan asılıdır. HCl, HBr, H2CO3, H2SO3 və s. turşuların ammonium duzları parçalandıqda ammonyak və suda məhlulu turşu olan qazlar ayrılır ki, bunlar da soyudulduqda yenidən duz əmələ gətirir:
Ammonium-karbonat və ammonium-hidrokarbonatdan qabardıcı kimi çörəyin bişirilməsində istifadə olunur.
Duzun anionu güclü oksidləşdirici turşunun (HNO3, HNO2, H2Cr2O7 və s.) anionu olduqda parçalanmadan ayrılan ammonyak oksidləşməyə uğrayır:
3. Ammonium duzları zəif əsasdan əmələ gəlmiş duzlar kimi hidrolizə uğrayır:
Tətbiqi. Nitrat, sulfat və ortofosfat turşularının ammonium duzlarından gübrə kimi, ammonium-nitratdan partlayıcı maddə olan "ammonal"ın alınmasında, ammonium-xloriddən metalların lehimlənməsi işində istifadə olunur:
Təyini. Ammonium duzlarının təyini onları qələvilərlə qızdırdıqda ammonyakın ayrılmasına əsaslanır.