Tətbiqi. Ammonyakın külli miqdarı nitrat turşusunun, azotlu gübrələrin, ammonyak üsulu ilə sodanın alınmasına sərf olunur. Ammonyakın asan mayeləşməsi və istiliyi udmaqla buxarlanması xassəsinə əsaslanaraq ondan soyuducu qurğularda istifadə olunur. Ammonyakın suda məhlulundan təbabətdə naşatır spirti adı ilə işlədilir.
Təyini. Ammonyak qazını isladılmış lakmus kağızını göyərtməsinə, özünəməxsus kəskin iyinə və qatı xlorid turşusunun dumanı ilə ağ tüstü əmələ gətirməsinə görə də təyin etmək olur.