– | Huşunu itirmiş adama ilk tibbi yardım olaraq iylədilir, məhlulundan gübrə kimi istifadə olunur. Söhbət hansı maddədən gedir? |
– | b çevrilməsi ammonyakın hansı xassəsini əks etdirir? |
– | Ammonyaka suyun və hidriogen-xloridin birləşməsindən alınan məhsullar qeyri-üzvi birləşmələrin hansı siniflərinə aiddir? |
– | Ammonyakda azotun oksidləşmə dərəcəsini nəzərə alaraq azotun ammonyakda oksidləşdirici, yoxsa reduksiyaedici xassələrə malik olduğunu müəyyən edin və əsaslandırın. |
– | Ammonyak molekulunun а və ammonium kationunun c fəza quruluşlarının oxşar və fərqli xüsusiyyətlərini qeyd edin. |
Quruluşu. Ammonyak molekulunun fəza quruluşunu təpəsində sp3-hibridləşmiş halında azot atomu, əsasında isə üç hidrogen atomu yerləşmiş piramida şəklində təsəvvür etmək olar (d).
Alınması. Ammonyak laboratoriyada ammonium duzlarını qələvi ilə qızdırmaqla
Sonuncu reaksiya dönər, ekzotermik olub həcmin azalması ilə gedir. Ona görə də Le-Şatelye prinsipinə əsasən, ammonyakın alınması çox yüksək olmayan (400– 500°C) temperaturda, 30 MPa təzyiqdə, həmçinin Al2O3 və K2O ilə aktivləşdirilmiş dəmir yonqarlarından ibarət katalizatorun iştirakında aparılır.