Azot yarımqrupu elementlərinin hidrogenli birləşmələrinin və baş oksidlərinin ümumi
formullarını göstərin. A) RH5; R2O5 B) RH5; R2O3 C) RH3; R2O3 D) RH3; RO3 E) RH3; R2O5
1–3-də daha qüvvətli əsası, 4–6-da daha qüvvətli turşunu müəyyən edin.
1) NH3
4) HNO3
2) PH3
5) H3PO4
3) AsH3
6) H3AsO4
A) 1, 4 B) 2, 5 C) 3, 6 D) 1, 6 E) 3, 4
Sxemləri dəftərinizdə tamamlayın və azot qazının alındığı reaksiyaları müəyyən edin.
Nə üçün azot birləşmələrində V valentlik göstərmir?
Azot hansı tərkibli oksidləri əmələ gətirir? Onlardan hansılar qələvi məhlulu ilə
reaksiyaya daxil olur? Reaksiyaların tənliklərini tərtib edin.
Nitrat turşusunun nitrit turşusundan qüvvətli olmasını necə izah edərdiniz?
Hidrogen-sianid və disianın quruluş formullarını tərtib edin.
1000 litr (n.ş.) havadan neçə litr azot alınar?
4,48 l (n.ş.) ammonyakı qızdırılmış CuO üzərindən keçirdikdə 80% çıxımla neçə litr azot
alınar?