Еlement | Valent elektronları |
Nisbi elektromənfilik |
Оksidləşmə dərəcəsi (birləşmələrində) |
Аzоt, N | 2s22p3 | 3,0 | –3, +1, +2, +3, +4, +5 |
Fosfor, P | 3s23p3 | 2,1 | –3, +3, +5 |
RH3 tipli birləşmələrin davamlılığı yarımqrupda azotdan bismuta doğru getdikcə azalır, reduksiyaedicilik xassəsi isə artır.
Azot yarımqrupu elementləri oksigenlə R2O3 və R2O5 tərkibli oksidlər əmələ gətirir. Bu oksidlərə müvafiq olaraq fosfor elementi H3PO3, H3PO4 və s., azot isə HNO2 və HNO3 tərkibli turşular əmələ gətirir.
Göstərilən turşularda R elementinin oksidləşmə dərəcəsi artdıqca turşunun qüvvətliliyi artır. Məsələn, nitrat turşusu (HNO3) nitrit turşusuna (HNO2) nisbətən qüvvətli turşudur.
Yarımqrupda oksigenli turşuların turşuluq xassəsi elementin sıra nömrəsi artdıqca zəifləyir; məsələn:
Kəşfi. Azot ilk dəfə 1772-ci ildə kəşf edilmişdir (D.Rezerford, İngiltərə).
Birləşmələrində azotun oksidləşmə dərəcəsi –3-dən +5-ə kimi dəyişir.
Dövri sistemdə mövqeyi və atomunun quruluşu (bax: səh. 89).
Təbiətdə yayılması. Azot təbiətdə həm sərbəst, həm də birləşmələr şəklində yayılmışdır. Havanın həcmcə 78%-ni azot (N2) təşkil edir. Az miqdarda azot nitratlar (Çili şorası NaNO3, Hindistan şorası KNO3, Norveç şorası Ca(NO3)2) şəklində Yer qabığının üst səthində yayılmışdır. O həmçinin zülalların və bir çox təbii üzvi birləşmələrin tərkibinə daxildir.
Alınması. Laboratoriyada azotu ammonium-nitritin NH4NO2 və ammoniumdixromatın (NH4)2Cr2O7 termiki parçalanmasından, həmçinin mis(II) oksidin ammonyakla reduksiyasından almaq olur:
Sənayedə azot (N2) maye havanın fraksiyalı distilləsindən alınır.
Fiziki xassələri. N2 – rəngsiz, iysiz və dadsız qazdır, havadan bir az yüngüldür. Oksigenə nisbətən suda az həll olur. 0,1MPa təzyiqdə və –196°C-də azot mayeləşir.