C) Qatı sulfat turşusu kükürd-trioksidlə oleum – H2SO4·nSO3 əmələ gətirir; n = 1 olduqda pirosulfat (disulfat) turşusu əmələ gəlir:
D) Sulfat turşusu uçucu olmayan qüvvətli turşudur. Ona görə də bir çox uçucu turşuların alınmasında istifadə edilir:
Tətbiqi. Sulfat turşusu əksər turşuların (HCl, HF, H3PO4, CH3COOH və s.) alınmasında, mineral gübrələrin istehsalında, boyalar, partlayıcı maddələr, dərmanlar, süni ipək,
elektrolitik misin (elektroliz üsulu ilə saflaşdırılmış) alınmasında tətbiq olunur. O həmçinin akkumulyatorda elektrolit kimi, neft məhsullarının təmizlənməsində, maddələrin qurudulmasında istifadə edilir.Təyini.
1. Qatı sulfat turşusunun içərisinə nazik çöp salındıqda o, çöpü (oduncağı) kömürləşdirir. Qatı sulfat turşusunun bu xassəsinə görə onu başqa turşulardan fərqləndirirlər.
2. Sulfat-ionunun (SO4)2– təyini onun Ba2+ ionu ilə suda və turşularda həll olmayan barium- sulfatın (BaSO4) ağ çöküntüsünü əmələ gətirməsinə əsaslanır (b).
Sulfat turşusunun kontakt üsulu ilə alınması üç mərhələdən ibarətdir:
I. Piritin və ya digər xammalın (S, ZnS, H2S və s.) yandırılması:
II. Kükürd-dioksidin kükürd-trioksidə oksidləşdirilməsi:
III. Kükürd-trioksidin qatı sulfat turşusu tərəfindən udularaq oleumun alınması. Alınmış oleumun su ilə qarışdırılmasından istənilən qatılıqda sulfat turşusu hazırlanır. Bu zaman oleumun tərkibindəki kükürd-trioksid su ilə qarşılıqlı təsirdə olur: