Kimyəvi xassələri. Sulfat turşusu turşuların ümumi xassələrini göstərməklə yanaşı, həm də xüsusi xassələrə malikdir.
I. Duru sulfat turşusunun kimyəvi xassələri. Qüvvətli ikiəsaslı turşu kimi sulfat turşusu suda məhlulda iki mərhələdə dissosiasiya edir:
Elektrokimyəvi gərginlik sırasında hidrogendən solda yerləşən metallar duru sulfat turşusundan hidrogeni çıxarır. (Bu reaksiyalarda oksidləşdirici rolunu turşunun H+ ionları oynayır.) Hidrogendən sağda duran metallar (Cu, Hg, Ag, Au) isə duru sulfat turşusu ilə reaksiyaya daxil olmur. Sulfat turşusu əsaslarla, əsasi və amfoter oksidlərlə, duzlarla və ammonyakla qarşılıqlı təsirdə olur.
Sulfat turşusu və onun duzları bariumun həllolan duzları ilə suda və turşularda həll olmayan barium-sulfatın ağ rəngli çöküntüsünü əmələ gətirir:
Bu reaksiya sulfat turşusu və onun duzlarının xarakterik reaksiyası olub məhlulda SO42– ionunun təyinində istifadə edilir.
II. Qatı sulfat turşusunun kimyəvi xassələri. Sulfat turşusunun xüsusi xassələri:
A) Qatı sulfat turşusunun oksidləşdirici xassələri. Qatı sulfat turşusu qüvvətli oksidləşdiricidir. Qızdırıldıqda o, əksər metallarla reaksiyaya girir (qızıl, platin və bəzi metallar istisna olmaqla). Bu reaksiyalarda oksidləşdirici rolunu H+ ionu deyil, +6 oksidləşmə dərəcəsinə malik kükürd (SO4 2– ionu) görür və bu səbəbdən metalların təsirindən qatı sulfat turşusundan hidrogen qazı ayrılmır.
Qatı sulfat turşusu aktiv metallarla (Li, Na, K, Ca, Sr, Ba) H2S, Cu, Hg, Ag ilə SO2 qazı ayırmaqla qarşılıqlı təsirdə olur. İkinci halda reaksiya qızdırıldıqda gedir:
Digər metallarla reaksiyalarında qatı sulfat turşusu özünün qatılığından, metalın aktivliyindən və temperaturdan asılı olaraq SO2, S və H2S-ə qədər reduksiya olunur.
Adi şəraitdə qatı sulfat turşusu dəmir, xrom, alüminium və nikeli passivləşdirir və ona görə onlarla qarşılıqlı təsirdə olmur. Qızdırıldıqda bu metallar yuxarıda göstərilən qaydalara uyğun olaraq sulfat turşusu ilə reaksiyaya daxil olur.
Qızdırıldıqda qurğuşun qatı H2SO4 ilə SO2 qazı ayırmaqla turş duz – Pb(HSO4)2 əmələ gətirir.
B) Dehidratlaşdırıcı xassəsi. Qatı sulfat turşusu su ilə şiddətli reaksiyaya girir və müxtəlif hidratlar əmələ gətirir: