– | Kibriti yandırdıqda ilk anda hansı qazın iyi hiss olunur? |
Kükürd-dioksid
Alınması. Laboratoriyada kükürd-dioksidi natrium-sulfitə, kükürdə və ya misə qatı sulfat turşusu ilə təsir etməklə, həmçinin hidrogen-sulfidin və ya kükürdün yandırılması ilə almaq olar:
Sənayedə kükürd-dioksid sərbəst kükürdün, piritin (FeS2) və əlvan metalların kükürdlü birləşmələrinin (ZnS, PbS, Cu2S və s.) yandırılmasından alınır:
Fiziki xassələri. Kükürd-dioksid və ya kükürd qazı kəskin iyli, boğucu, rəngsiz qazdır. 20°C-də 1l suda 40l SO2 həll olur. Suda məhlulu sulfit turşusu adlanır.
Kimyəvi xassələri. Kükürd-dioksid sulfit turşusunun anhidrididir və turşu oksidləri üçün xarakterik olan ümumi xassələrə malikdir. Belə ki, o, su ilə davamsız sulfit turşusunu, bir sıra metalların oksid və hidroksidləri ilə duzlar əmələ gətirir:
Beləliklə, kükürd-dioksidin yuxarıdakı reaksiyalarında kükürdün oksidləşmə dərəcəsi dəyişmir. Digər reaksiyalarda isə kükürd-dioksid ya reduksiyaedici (a), ya da oksidləşdirici (b) xassə göstərir:
Kükürd-dioksid ağardıcı və dezinfeksiyaedici xassələrə malikdir.
Sulfit turşusuKükürd-dioksidi suda həll etdikdə sulfit turşusu əmələ gəlir. O, davamsız maddə olduğundan yalnız məhlulda mövcuddur. Sulfit turşusu zəif, ikiəsaslı turşudur. Suda iki mərhələdə dissosiasiya edir və iki cür duz – sulfitlər və hidrosulfitlər əmələ gətirir: