Sulfid turşusu iki sıra duzlar – sulfidlər (K2S, CuS) və hidrosulfidlər (NaHS, Ca(HS)2) əmələ gətirir.
– | Reaksiyalarda iştirak edən H2S, HNO3 və HCl turşularından hansı daha zəifdir? |
– | Bu iki reaksiyanın getməsi qüvvətli turşunun zəif turşunu onun duzlarından sıxışdırıb çıxarması qaydasına zidd deyilmi? |
– | PbS və CuS çöküntülərinin alınması bu reaksiyaların gedişinə təsir edirmi? |
Beləliklə, reaksiya nəticəsində alınan mühitdə həll olmayan sulfidlər əmələ gəldikdə sulfid turşusu qüvvətli turşuları onların duzlarından sıxışdırıb çıxarır.
Tətbiqi. Sulfid turşusunun müxtəlif rəngli çöküntü əmələ gətirməsindən metal kationlarını təyin etmək və onları bir-birindən ayırmaq üçün istifadə edilir (ZnS – ağ, PbS, CuS, HgS – qara, CdS – sarı rəngli çöküntülərdir). Hidrogen-sulfidli təbii sulardan müalicə məqsədilə hidrogen-sulfid vannaları kimi istifadə olunur.
Təyini. Sulfid turşusu və onun duzlarının xarakterik reaksiyası onların ikivalentli misin (və ya qurğuşunun Pb2+) həllolan duzları ilə qarşılıqlı təsirdə olub, qara rəngli mis(II) sulfid (və ya PbS) çöküntüsü əmələ gətirməsidir: