IX sinifdə kimyanın öyrənilməsi metallardan başlanır. Məlum olan 118 kimyəvi elementin 90-dan çoxu metaldır. Metalsız Yer kürəsini təsəvvür etmək mümkün deyil. Belə ki, Yer kürəsinin nüvəsi, əsasən, dəmir və nikeldən, mantiyası alüminiumun birləşmələrindən, litosferi (Yer qabığı) isə bir çox metal birləşmələrindən ibarətdir.
Qrup Dövr |
IA | IIA | IIIA | IVA | VA | VIA | VIIA | VIIIA |
1 | (H) | Q e y r i - m e t a l l a rH | He | |||||
2 | Li | Be | B | C | N | O | F | Ne |
3 | Na | Mg | Al | Si | P | S | Cl | Ar |
4 | K | Ca | Ga | Ge | As | Se | Br | Kr |
5 | Rb | Sr | In | Sn | Sb | Te | I | Xe |
6 | Cs | Ba | Tl | Pb | Bi | Po | At | Rn |
7 | Fr | Ra | M e t a l l a r |