Qələvi ilə qızdırıldıqda kükürd həm oksidləşir, həm də reduksiya olunur (disproporsiya
reaksiyasına daxil olur):
Tətbiqi. İstehsal olunan kükürdün əsas hissəsi sulfat turşusunun alınmasına sərf
olunur. Kükürddən kauçukun vulkanlaşdırılmasında, qara barıtın (KNO
3+S+C), kibritin,
karbon-disulfidin CS
2 istehsalında istifadə edilir. Toz şəklində kükürd üzüm
bitkisi zərərvericilərinə qarşı işlədilir. Təbabətdə kükürd məlhəmlərindən dəri xəstəliklərinin
müalicəsi üçün istifadə edilir.
Bu maraqlıdır
Kükürd insan orqanizmində enerjinin ayrılmasında, qanın laxtalanmasında,
kollagen zülalının və bəzi fermentlərin əmələ gəlməsində böyük rol
oynayır. Kükürdə “gözəllik” elementi də deyilir. Kükürd çatışmazlığı zamanı
saçların solması, dırnaqların qırılması, oynaq ağrıları, sümüklərin
kövrəkliyi və sınıqlığı müşahidə olunur.
Açar sözlər
• kristallik və plastik kükürd • flotasiya •