Səhv ifadəni müəyyən edin. F2 – Cl2 – Br2 – I2 ardıcıllığında ...
A) halogenlərin rəngləri tündləşir
B) halogenlərin ərimə temperaturları artır
C) halogenlərin kimyəvi aktivliyi azalır
D) Halogenlərin sıxlığı azalır
E) molekulda kovalent rabitənin uzunluğu artır
Səhv ifadəni müəyyən edin. Hidrogen-halogenidlərdən ...
A) HI ən qüvvətli reduksiyaedicidir
B) HF ən zəif reduksiyaedicidir
C) ən qısa R–H kovalent rabitəyə malik olanı HF-dur
D) HI məhlulda ən zəif turşudur
E) HF şüşənin aşındırılmasında istifadə edilir
Mümkün olan reaksiyaların sxemlərini dəftərinizə köçürün və tamamlayın.
Cl2O7 oksidinə uyğun gələn turşunun molekulyar və quruluş formullarını yazın.
Suda-məhlulda halogenin alınması mümkün olan reaksiyaların sxemlərini dəftərinizə
köçürün və tamamlayın.
KBr, Cl2, BF3 və HI birləşmələrində kimyəvi rabitənin tipini və atomların oksidləşmə
dərəcələrini müəyyən edin.
Nə üçün flüorlu su mövcud deyil? Aşağıdakı iki reaksiya arasında oxşarlıq nədən ibarətdir?