Hidrogen-halogenidlərin suda məhlullarda turşu xassələri HF→HCl→HBr→HI sırası üzrə artır. Flüorid turşusu şüşənin tərkibində olan silisium-dioksidlə SiO2 reaksiyaya girərək şüşəni aşındırır:
Hidrogen-halogenid turşularının duzları flüorid, xlorid, bromid və yodidlər adlanır. Bu duzları məhlulda fərqləndirmək üçün onların gümüş(I) nitratla reaksiyasından istifadə edilir (bax: səh.71).
Halogenlərin oksidləşdirici xassələri F→Cl→Br→I sırası üzrə azalır. Ona görə də HX və MeX (X = F, Cl, Br, I) tipli birləşmələrdən xlor – brom və yodu, brom isə yalnız yodu sıxışdırıb çıxarır:
Məhlulda bu reaksiyalar flüor üçün xarakterik deyil, çünki flüor su ilə ekzotermik reaksiya üzrə, böyük miqdarda istilik ayırmaqla qarşılıqlı təsirdə olur:
Flüordan fərqli olaraq xlor və brom su ilə çox zəif qarşılıqlı təsirdə olur. Bu zaman hidrogen-halogenidlə yanaşı, hipoxlorit (HClO) və hipobromit (HBrO) turşuları əmələ gəlir:
Yod su ilə reaksiyaya daxil olmur.
Halogenid ionlarının reduksiyaedici xassəsi F-→Cl-→Br-→I- sırası üzrə artır.
Halogenlərin tətbiqi. Halogenlərdən ən geniş tətbiq olunanı – xlordur (səh. 64). Flüor və onun birləşmələrindən flüorüzvi (freon CF2Cl2) və polimer (teflon (– CF2–CF2–)n) maddələrin sintezində, kriolitin Na3[AlF6] alınmasında, şüşələrin aşındırılmasında, həmçinin diş pastalarının tərkibində istifadə olunur.
Bromun birləşmələrindən fotoqrafiyada (AgBr), əsəb sistemini sakitləşdirmək üçün təbabətdə (NaBr, KBr) və bəzi boyaların istehsalında istifadə edilir.
Yodun birləşmələri xörək duzunun yodlaşdırılmasında (NaI), bəzi xəstəliklərin, məsələn, zob xəstəliyinin müalicəsində, həmçinin yodun spirtdə 5%-li məhlulu ilə yaraların dezinfeksiyasında geniş istifadə olunur. Yod insan orqanizminə su, hava və qida – süd, çörək, yumurta, duz, dəniz kələmi və s. ilə daxil olur.