Еlement | Valent elektronları | Nisbi elektromənfilik | Оksidləşmə dərəcəsi (birləşmələrində) |
Flüor, F | 2s22p5 | 4,0 | yalnız –1 |
Хlor, Cl | 3s23p5 | 3,0 | –1, +1, +3, +5, +7 |
Brom, Br | 4s24p5 | 2,8 | –1, +1, +3, +5, +7 |
Yod, I | 5s25p5 | 2,5 | –1, +1, +3, +5, +7 |
Halogenlərin hidrogenli birləşmələrinin – hidrogen-halogenidlərin suda məhlulları turşulardır. Bu turşuların qüvvətliliyi HF→HCl→HBr→HI ardıcıllığı üzrə artır, çünki sırada halogen atomunun radiusunun artması nəticəsində HR molekulundan suda məhlulda H+ ionunun ayrılması get-gedə asanlaşır (HR ⇄ H+ R–).
Eyni səbəbdən HF→HCl→HBr→HI sırasında hidrogen-halogenidlərin (halogenid ionlarının) reduksiyaedici xassəsi güclənir, davamlılığı isə azalır.
Flüor istisna olmaqla digər halogenlər oksigenli turşular əmələ gətirir. Məsələn, xlorun HClO4, HClO3, HClO2, HClO tipli turşuları var. Bu turşuların qüvvətliliyi molekuldakı xlorun oksidləşmə dərəcəsinin azalması istiqamətində zəifləyir:
Xlor, brom və yodun eynitipli, məsələn, HRO4 (R = Cl, Br, I) tipli turşuların qüvvətliliyi xlordan yodadək azalır. HClO4 ən qüvvətli turşulardan biridir.
Halogenlər ikiatomlu molekullardan ibarət bəsit maddələr əmələ gətirir: F2, Cl2, Br2, I2. Onların reaksiyaya girmə qabiliyyəti (kimyəvi aktivlik) F2→Cl2→Br2→I2 istiqamətində azalır. Ona görə bu sırada əvvəlki halogen özündən sonrakıları HR tipli turşulardan və onların duzlarından sıxışdırıb çıxarır.
F2→Cl2→Br2→I2 sırasında molekullararası cazibə qüvvəsinin ardıcıl artması nəticəsində halogenlərin bəzi fiziki xassələri də qanunauyğun şəkildə dəyişir.