Qeyri-metallar (R) hidrogenlə ümumi formulu RHn olan qazlar və ya uçucu birləşmələr əmələ gətirir (n = 8–N; burada N – dövri sistemdə R elementinin yerləşdiyi qrupun nömrəsidir).
Halogenlər fəal metallarla ion birləşmələr, məsələn, KCl, NaF və s. əmələ gətirir.
1. Dövrlərdə soldan sağa doğru qeyri-metalların uçucu hidrogenli birləşmələrinin suda məhlullarının turşuluq xassələri güclənir. Məsələn, aşağıdakı sırada fosfin (PH3) – zəif əsasi, H2S – zəif turşu, HCl isə qüvvətli turşu xassəsinə malikdir:
2. Əsas yarımqruplarda yuxarıdan aşağıya doğru qeyri-metalların uçucu hidrogenli birləşmələrinin reduksiyaedicilik və suda məhlulda turşuluq xassələri güclənir:
Qeyri-metallar oksigenlə, əsasən, turşu oksidləri əmələ gətirir -SO2, SO3, P2O5 və s.
3. Dövri sistemdə soldan sağa doğru qeyri-metalların baş oksidlərinin turşuluq xassələri artır, yuxarıdan aşağıya doğru zəifləyir.
Tapşırıq. | Azot, fosfor və arsen (As) elementlərin baş oksidlərinin formullarını tərtib edin və onları turşuluq xassələrinin artması sırası ilə düzün. |
Tapşırıq. | HF→HCl→HBr→HI sırası üzrə məhlulda hidrogen-halogenidlərin turşuluq xassəsinin artmasının səbəblərini izah edin. |