– | Qeyri-metallar dövri sistemin, əsasən, hansı hissəsində yerləşir? Cavabınızı elementlərin atom quruluşları ilə əlaqələndirin. |
– | Gündəlik həyatda hansı qeyri-metallarla təmasda oluruq? |
Bildiyiniz kimi, qeyri-metal elementlərin sayı (22) metalların sayından çox azdır. Lakin buna baxmayaraq coğrafiya, fizika və biologiya fənlərindən bilirsiniz ki, qeyri-metalsız nəinki Yer kürəsini, hətta kainatı təsəvvür etmək mümkün deyil. Belə ki, Günəşin özü və Günəş sisteminin ən böyük planeti – Yupiter, əsasən, hidrogendən, Yer kürəsinin qabığı kütləcə 49% oksigen və 27% silisiumdan, atmosferimiz həcmcə təxminən 78% azot və 21% oksigendən, hidrosfer oksigen və hidrogendən, biosferi təşkil edən canlı orqanizmlər də, əsasən, qeyri-metallardan ibarətdir.
A) ...3s23p4 | C) 1s1 | E) ...3s23p3 | G) ...2s2 |
B) ...2s22p2 | D) ...2s1 | F) ...2s22p5 | H) ...2p63s2 |
– | Hansı elektron quruluşları qeyri-metal atomlarına aiddir? |
– | Bu qeyri-metalların hansı allotrop modifikasiyaları (şəkildəjişmələri) sizə məlumdur? |
– | Hansı elektron quruluşa malik qeyri-metal atomu daha güclü oksidləşdiricidir? |
– | Reaksiyalarda həm oksidləşdirici, həm də reduksiyaedici xassələr göstərən qeyri-metal atomlarının elektron quruluşlarını müəyyən edin. |
Qeyri-metalların dövri sistemdə mövqeyi, ümumi fiziki və kimyəvi xassələri və bu xassələri şərtləndirən səbəblərlə tanış olaq.
1. Dövri sistemdə mövqeyi. Qeyri-metallar kimyəvi elementlərin dövri sistemində, əsas etibarilə sağ yuxarı küncdə yerləşən elementlərdir. Hidrogen və helium (selementlər) istisna olmaqla qeyri-metallar p-elementləridir (cədv. 12.1).
2. Atom quruluşlarının xüsusiyyətləri. Qeyri-metal atomlarında (B-dan başqa) xarici energetik səviyyə ya oktet (s2p6) quruluşundadır, ya da ona yaxındır. Məsələn, nəcib qazlarda xarici energetik səviyyənin quruluşu - ns2np6 (heliumda 1s2), halogenlər- də - ns2np5, VIA yarımqrup elementlərində (xalkogenlərdə) isə ns2np4 kimi qurtarır.
Atomun elektron quruluşu dəyişdikdə elementin metallıq və qeyri-metallıq xassələri də cədvəl 12.1-də göstərilən qaydada dəyişir.