Alınması. Sənayedə sink sfaleritdən iki mərhələ üzrə alınır: əvvəlcə ZnS yandırılıb sink-oksidə çevrilir, sonra sink-oksid kömürlə reduksiya edilir:
Fiziki xassələri. Sink – maviyəçalan-gümüşü rəngli, asanəriyən (tər. = 419,5°C), ağır (ρ = 7,1q/sm3) əlvan metaldır. Sink adi temperaturda kövrəkdir, 100–150°C-də təbəqələr şəklində yaxşı yayılır. 200°C-dən yuxarı temperaturda yenə də kövrəkləşir.
Kimyəvi xassələri. Adi şəraitdə sink havanın oksigeni ilə oksidləşib nazik və davamlı sink-oksid təbəqəsi ilə örtülür. Həmin təbəqə adi temperaturda metalı sonrakı oksidləşmədən və su ilə qarşılıqlı təsirdən qoruyur. Qızdırıldıqda sink müxtəlif bəsit və mürəkkəb maddələrlə qarşılıqlı təsirdə olur:
Duru sulfat turşusundan sink hidrogeni sıxışdırıb çıxarır, qatı turşu ilə şəraitdən – turşunun qatılığından və temperaturdan asılı olaraq H2S, SO2 və S ayırmaqla qarşılıqlı təsirdə olur:
Sinkin qatı nitrat turşusu ilə reaksiyasından NO qazı ayrılır:
Sink alüminium metalı kimi həm turşularla, həm də qələvilərlə reaksiyaya girir. Hər iki reaksiyada hidrogen ayrılır:
Sinkin oksid və hidroksidi də amfoter xassəli birləşmələrdir.
Tətbiqi. Sink metalının üzərində havanın oksigeninə və suyadavamlı sink-oksid təbəqəsinin əmələ gəlməsinə əsaslanaraq sinkdən polad məmulatlarda qoruyucu örtük materialı kimi istifadə edilir. Saf sink kövrək olduğundan, əsasən, onun ərintiləri, məsələn, mislə ərintisi olan bürünc tətbiq olunur. Birləşmələrindən ZnO – sink belili (ağı) adı ilə ağ boya kimi geniş tətbiq edilir.
Təyini. Məhlulda Zn2+ ionunun təyini qələvinin təsirindən ağ, qələvinin artığında həllolan sink-hidroksid çöküntüsünün əmələ gəlməsinə əsaslanır:
ZnCl2 + 2NaOH → Zn(OH)2↓ + 2NaCl;