Fiziki xassələri. Mis – açıq-çəhrayı rəngli, kifayət qədər yumşaq, plastik metaldır. O, ağır (ρ = 8,96 q/sm3) və çətinəriyən (tər = 1083°C) metallara aiddir. Mis elektrik cərəyanını çox yaxşı keçirir (yalnız gümüşdən geri qalır).
Kimyəvi xassələri. Quru havada, otaq temperaturunda mis, demək olar ki, dəyişmir. Yüksək temperaturda isə həm bəsit, həm də mürəkkəb maddələrlə reaksiyaya girir. Turşulardan yalnız oksidləşdirici turşularla (nitrat və qatı sulfat turşuları ilə) reaksiyaya daxil olur:
Tətbiqi. Saf misdən elektrik naqillərinin, kabellərin, həllolan anodların (elektrodların) istehsalında və istilikdəyişdirici qurğularda istifadə olunur. Mis həmçinin müxtəlif ərintilərin (tunc, bürünc və s.) istehsalında geniş tətbiq edilir.
Mis kuporosundan CuSO4·5H2O üzümçülükdə geniş yayılmış mildium xəstəliyinə qarşı mübarizədə istifadə olunur.
Sink– | Nə üçün metal məmulatları korroziyadan qorumaq üçün onların üzərinə sink örtük çəkilir? |
Kəşfi. Sink mislə ərinti şəklində qədim zamanlardan məlumdur.
Dövri sistemdə mövqeyi və atomunun quruluşu. Sink 4-cü dövr, II qrupun əlavə yarımqrup elementidir; atomu 1s22s22p63s23p63d104s2 elektron quruluşuna malikdir.
Birləşmələrində sink +2 oksidləşmə dərəcəsi göstərir.
Təbiətdə yayılması. Sinkə təbiətdə yalnız birləşmələr şəklində rast gəlinir. Onun mühüm mineralları sfalerit ZnS və qalmeydir ZnCO3 (sink şpatı).
Azərbaycanda sink birləşmələrinə, əsasən, Gümüşlü qurğuşun-sink (Naxçıvan) və Filizçay polimetal yataqlarında rast gəlinir.