• Polad – tərkibində 0,1–2%-ə qədər karbon və az miqdarda digər qatışıqlar (Si, Mn, S, P) olan dəmir ərintisidir.
Poladın alınması çuqunun tərkibində olan C, S, P, Si və digər qatışıqların kənar edilməsindən ibarətdir. Buna qatışıqların oksidləşdirilməsi ilə nail olunur.
Polad istehsalının əsasını təşkil edən reaksiyalar aşağıdakılardır. Oksidləşmə prosesində böyük miqdarda FeO alındığı üçün qatışıqların oksidləşməsində oksigenlə yanaşı, dəmir(II) oksid də iştirak edir.
Silisium və fosforun oksidləri əhəngdaşı vasitəsilə şlak şəklində kənar edilir:
Dəmir(II) oksidin tam reduksiyası üçün ərinmiş polada reduksiyaedici maddələr, məsələn, ferromanqan (və ya ferroxrom) əlavə edilir. Ferromanqan dəmirin manqanla ərintisidir. Manqan dəmir(II) oksiddən oksigeni qoparıb manqan(II) oksidə çevrilir, sonuncu isə SiO2 ilə birləşərək şlak şəklində kənar edilir:
Çuqundan poladı 3 üsulla – marten, oksigen-konvertor və elektrotermik üsullarla alırlar.
Marten üsulu ilə poladın alınması prosesi marten sobasında xüsusi vannada aparılır. Yüksək temperaturu (1700-1750°C) saxlamaq məqsədilə maye çuqunun səthində qaz yandırılır. Vannaya ərinmiş çuqun, dəmir qırıntıları, bəzən isə dəmir filizi də əlavə olunur. Bu halda çuqunun tərkibindəki qatışıqların (C, S, P, Si) oksidlərə çevrilməsində dəmir filizinin tərkibindəki oksigen də iştirak edir.