Dəmirin bir hissəsi közərmiş koks və karbon-monooksidlə birləşərək dəmir-karbid (sementit) Fe3C əmələ gətirir:
Yuxarıda göstərilən proseslərlə yanaşı, silisium, manqan, fosfor və kükürd də öz birləşmələrindən [SiO2, MnO, FeS2, Ca3(PO4)2] koks vasitəsilə reduksiya olunur. Bu birləşmələr filizlə koksun çətinəriyən boş süxurlarının tərkibində qatışıq şəklində olur:
Beləliklə, domna prosesi zamanı alınan silisium, fosfor, kükürd və manqan, həmçinin sementit və karbon ərimiş dəmirdə həll olaraq maye çuqun əmələ gətirir.
Beləliklə, domna prosesinin (kimyəvi) mahiyyəti dəmir filizinin karbon-monooksidlə reduksiyasından ibarətdir.
Çuqun iki cür olur: boz və ağ çuqun. Boz çuquna tökmə çuqun, ağ çuquna isə poladlıq çuqun da deyilir.
Tökmə çuqunun tərkibində karbon qrafit şəklində olur. Texnikada tökmə çuqundan boruların, maşın və dəzgah hissələrinin, istilik batareyalarının hazırlanmasında istifadə olunur.
Poladlıq çuqunun tərkibində karbon sementit şəklində olur. Ondan əsas etibarilə polad emalında istifadə edilir.