– | Texnikada dəmir, əsasən, hansı şəkildə istifadə olunur? Nə üçün? |
– | Sizcə, nə üçün sənayedə çuqun və polad saf dəmirdən deyil, dəmir filizindən istehsal olunur? |
• Çuqun – tərkibində 2%-dən 4%-ə qədər karbon, həmçinin bir qədər silisium, manqan, fosfor və kükürd olan dəmir ərintisidir.
– | Nə üçün sobaya (yuxarıdan) əvvəlcə filiz yox, koks verilir? |
– | Hansı temperaturda filizin reduksiyası başlanır? |
– | Sizcə, nə üçün sobada temperatur 800ºC-dən yuxarı qalxır? |
– | Fe2O3-ün reduksiyası zamanı filizin tərkibinin dəyişməsi hansı ardıcıllıq üzrə baş verir? |
(a) Domna sobası
Çuqun domna sobasında (a) alınır. Çuqunun alınması üçün domna sobasının yuxarısından növbə ilə koks (C), sonra dəmir filizi (Fe2O3 və ya Fe3O4) ilə flüsun (adətən, CaCO3) qarışığı doldurulur. Sobanın aşağısından isə oksigenlə zənginləşdirilmiş və 800°C-dək qızdırılmış hava üfürülür. Qızdırılmış havanın təsirindən koks ekzotermik reaksiya üzrə yanır və temperatur 2000°C-dək yüksəlir (t. 1). Bu zaman əmələ gələn CO2 közərmiş koksla (kömürlə) qarşılıqlı təsirdə olub karbon-monooksid CO əmələ gətirir ki (t. 2),
o da aşağıdakı sxem üzrə dəmir oksidlərini dəmir alınana qədər reduksiya edir:
(daha ətraflı t. 3 -5-i ifadə edən reaksiyalar haqqında bax domna sobasının sxeminə).