(c) özündən az aktiv olan metalların duzlarının məhlulları ilə
(d) xlorid və durulaşdırılmış sulfat turşusu ilə
Qatı sulfat və nitrat turşuları ilə dəmir adi şəraitdə passivləşir və reaksiyaya girmir. Qızdırıldıqda isə aşağıdakı tənliklər üzrə qarşılıqlı təsirdə olur:
QEYD
Dəmirin xlorid və ya duru sulfat turşuları ilə reaksiyasından ikivalentli dəmirin duzları, xlorla, nitrat və ya qatı sulfat turşuları ilə reaksiyasından isə üçvalentli dəmirin duzları əmələ gəlir.
Təyini. Məhlulda Fe3+ ionunun təyini qələvilərin təsirindən dəmir(III) hidroksidin qırmızı-qonur rəngli çöküntüsünün əmələ gəlməsinə, rodanidlərin, məsələn, kalium-rodanidin təsirindən məhlulun qan-qırmızı rəngə boyanmasına əsaslanır:
Məhlulda Fe2+ ionunun təyini isə qələvilərin təsirindən dəmir(III) hidroksidin qırmızı-qonur rəngli çöküntüsünün əmələ gəlməsinə, rodanidlərin, məsələn, kalium-rodanidin təsirindən məhlulun qan-qırmızı rəngə boyanmasına əsaslanır:
Dəmir oksidləri – FeO, Fe3O4 və Fe2O3 suda həll olmayan, turşuda həllolan bərk maddələrdir. FeO əsasi, Fe2O3 isə zəif amfoter xassəyə malikdir. Fe3O4 (FeO·Fe2O3) – qarışıq oksiddir:
Dəmir(II) oksid dəmir(III) oksidin reduksiyasından, dəmir(III) oksid isə dəmir(III) hidroksidin termiki parçalanmasından, sənayedə isə piritin yandırılmasından alınır:
Amfoter xassəli oksid kimi Fe2O3 həm turşularla, həm də qələvilərlə qarşılıqlı təsirdə olur. Məsələn, qələvi ilə əritdikdə natrium-metaferrit əmələ gətirir:
Dəmirin hidroksidləri - Fe(OH)2 və Fe(OH)3 iki və üçvalentli dəmirin duzlarının məhlullarına qələvinin təsirindən alınır. Dəmir(III) hidroksid həmçinin dəmir(II) hidroksidin oksidləşməsindən alınır.