Təbiətdə yayılması. Dəmir alüminiumdan sonra təbiətdə ən geniş yayılmış metaldır (kütləcə 5,1%-dir). Əsasən, oksigenli və kükürdlü birləşmələr şəklində rast gəlinir. Bunlardan ən əhəmiyyətliləri maqnetit Fe3O4 (maqnitli dəmirdaşı), hematit Fe2O3 (qırmızı dəmirdaşı), limonit Fe2O3·nH2O (qonur dəmirdaşı), pirit FeS2 (kükürd və ya dəmir kolçedanı) və siderit FeCO3 (dəmir şpatı) minerallarıdır. Dəmir ionu bir çox mineral suların və qandakı hemoqlobinin tərkibinə daxildir.
Azərbaycanda dəmirin birləşmələrinə Daşkəsən dəmir və Filizçay polimetal yataqlarında rast gəlinir.
Alınması. Dəmiri onun ikivalentli duzlarının suda məhlullarının elektrolizindən və oksidlərinin reduksiyasından almaq olur:
Sənayedə dəmir (çuqun və polad şəklində), əsasən, dəmir(III) oksidin karbonmonooksidlə reduksiyasından alınır:
Fiziki xassələri. Dəmir – parlaq, gümüşü-ağ rəngli, plastik metaldır. İstiliyi və elektrik cərəyanını yaxşı keçirir. O, ağır (ρ = 7,87 q/sm3) və çətinəriyən (tər = 1539°C) metallara aiddir. Dəmir asan maqnitlənir.
Kimyəvi xassələri. Dəmir orta aktivliyə malik metaldır. O, bəsit və mürəkkəb maddələrlə qarşılıqlı təsirdə olur:
(a) oksigen və digər qeyri-metallarla
(dəmir yanığında FeO·Fe2O3 dəmir müvafiq olaraq +2 və +3 oksidləşmə dərəcəsindədir).
(b) rütubətli hava və yüksək temperaturda su buxarı ilə