Laboratoriyada alüminium-oksidi alüminium tozunu oksigendə yandırmaqla və ya alüminium-hidroksidi qızdırıb parçalamaqla almaq olar.
Sənayedə alüminium-oksid boksitdən alınır.
Alüminium-oksid suda həll olmur və su ilə reaksiyaya girmir. O, amfoter oksid kimi həm turşularla, həm də qələvilərlə qarşılıqlı təsirdə olur:
Alüminium-hidroksid Al(OH)3 – suda həll olmayan, ağ rəngli bərk maddədir. O, alüminiumun suda həllolan duzlarına qələvi məhlulları ilə təsir etməklə alınr:
Alüminium-hidroksid amfoter hidroksid kimi həm turşularla, həm də qələvilərlə qarşılıqlı təsirdə olur:
Tətbiqi. Alüminium naqil və məftillərin, mətbəx qab-qacaqlarının, yeyinti məhsullarını qablaşdırmaq üçün folqa kimi, həmçinin kondensatorların, partlayıcı maddə olan ammonalın (Al + NH4NO3), silumin (Al + Si) ərintisinin alınmasında tətbiq edilir. Alüminiumun düralüminium ərintisi təyyarəqayırmada geniş istifadə olunur. Alüminiumdan metal oksidlərini reduksiya etmək üçün istifadə edilir. Alüminium həmçinin polad və çuqun məmulatlarını korroziyadan qorumaq üçün, onların alitirləşməsində də tətbiq olunur. Alitirləşmə – səthlərin yüksək temperaturda alüminium tozu ilə doydurulması (örtülməsi) prosesidir.
Qeyd. Alüminiumdan hazırlanmış məişət qab-qacaqlarının müsbət cəhətləri yeməyi az enerji sərfi ilə və qısa müddət ərzində hazırlamağa imkan verməsi; çox yüngül və gözəl xarici görünüşə malik olmasıdır; mənfi (çatışmayan) cəhətləri isə asan deformasiyaya uğraması, yalnız çox incə yuyucu vasitələrlə yuyulması, bişirilmə zamanı turş və qələvi mühit yaradan yeməklərin hazırlanması üçün yaralı olmamasıdır, çünki bu proseslər zamanı metalın üzərindəki alüminium-oksid təbəqəsi dağılır, alüminium metalı bilavasitə və ya qida məhsulları ilə qarşılıqlı təsirdə olaraq insan orqanizminə daxil olur və zərərli təsir göstərir.