Alınması. Sənayedə Al metalı alüminium-oksidin (boksit mineralın) ərintisinin elektrolizindən alınır (a). Elektroliz prosesini nisbətən aşağı temperaturda aparmaq məqsədilə elektrolizə Al2O3-ün ərintisi [tər.(Al2O3) = 2050°C] deyil, onun əridilmiş kriolitdə (Na3[AlF6]) məhlulu uğradılır. Bu halda proses 950°C-də aparılır və sxematik olaraq belə təsvir edilir:
Bu üsulla alüminium metalı bizim respublikamızda da istehsal olunur.
Fiziki xassələri. Alüminium – gümüşü-ağ rəngli, yüngül (ρ = 2,7 q/sm3), plastik, asanəriyən (660°C) metaldır. Elektrik keçiriciliyinə görə alüminium yalnız gümüş, mis və qızıldan geri qalır. 600°C-də kövrəkləşir və onu toz halına salmaq olur.
Kimyəvi xassələri. Alüminium güclü reduksiyaedicidir. O, havada dərhal oksidləşərək səthi oksid təbəqəsi ilə örtülür. Səthi oksid təbəqəsi ilə örtülmüş alüminium su ilə reaksiyaya girmir. Belə metalın səthini civə duzları (HgCl2) ilə sürtməklə oksid təbəqəsi dağıdılır və səthi təmizlənmiş Al civənin duzundan civəni çıxardır. Əmələ gələn civə alüminiumla amalqama (Alamalq.) əmələ gətirir. Alüminiumun amalqaması adi şəraitdə su ilə reaksiyaya girir:
Qızdırıldıqda alüminium qeyri-metallarla (S, N, P və s.) qarşılıqlı təsirdə olur:
• | İlk dəfə olaraq stronsium və maqneziumun amalqamalarını almışdır. Amalqama - metalın civədə həll olması nəticəsində alınan ərintidir. |