Hansı birləşmədən suyun həm müvəqqəti, həm də daimi codluğunu aradan qaldırmaq
üçün istifadə olunur?
А) Na2CO3 B) NaHCO3 C)
Na2SO4 D) Ca(OH)2 Е)
Ca(HCO3)2
Aşağıdakı ifadələr hansı maddəyə aiddir?
1. ekzotermik reaksiya üzrə alınır
2. xlorlu əhəngin alınmasında istifadə olunur
3. əhəng suyunun tərkibinə daxildir
4. CO2-nin təyinində istifadə olunur
A) Ca(OH)2 B) CaO C) HClO
D) Ca(HCO3)2 E)
Ca(ClO)2
Hansı reaksiyalar üzrə suyun müvəqqəti codluğu aradan qaldırılır?
A) 1,2,3,4 B) yalnız 1 C) yalnız 4
D) yalnız 2 E) 1,2,4
Kalsiumun (və ya maqneziumun) hansı birləşmələrinin suda mövcudluğu suyun müvafiq olaraq müvəqqəti
və daimi codluğuna səbəb olur?
Xlorlu əhəngin ağardıcı xassəsi nə ilə əlaqədardır?
Müvəqqəti və daimi codluğun aradan qaldırılmasında tətbiq edilən üsulların mövzuda
göstərilməyən kimyəvi tənliklərini dəftərinizdə tamamlayın.
122 kq kalsium-karbonat 22 kq karbon qazı alınanadək qızdırılmışdır. Bərk qalıqda kalsium-oksidin
kütlə payını (%-lə) hesablayın. Mr(CaCO3)=100; Mr(CO2)=44; Mr(CaO)=56.
Codluq dərəcəsi 7 mmol/l olan suyun 100 ml-də neçə mq Ca2+ ionu var? (Mg2+ ionu nəzərə
alınmır).