Xlorlu (ağardıcı) əhəng – sönmüş əhənglə xlorun qarşılıqlı təsirindən alınır:
Xlorlu əhəng boyaların ağardılmasında, dezinfeksiya və deqazasiya işlərində geniş istifadə edilir.
Gips CaSO4·2H2O təbiətdə rast gəlinir və ona görə təbii gips adlanır. Təbii gipsi 150–180°C-də qızdırdıqda alebastr və ya yandırılmış gips (CaSO4)2·H2O alınır:
Alebastrın su ilə qarışığı tez bərkiyir, belə ki, o özünə su birləşdirib yenidən gipsə çevrilir. Yandırılmış gipsin bu xassəsi bədii məmulatların, təbabətdə gips sarğılarının hazırlanmasında, qum və su ilə qarışığı isə tikinti işlərində istifadə edilir.
180°C-dən yuxarı temperaturda təbii gips kristallaşma suyunu tam itirərək susuz (ölü) gipsə (CaSO4) çevrilir. Alebastrdan fərqli olaraq ölü gips özünə suyu birləşdirmir:
Kalsium-karbiddən CaC2 texnikada asetilen almaq üçün istifadə olunur.
Suyun codluğu və onun aradan qaldırılması üsulları• Tərkibində az miqdarda Ca2+ və Mg2+ ionları olan suya yumşaq su, bu ionların miqdarı çox olan suya isə cod su deyilir.
Cod suda bu kationlar əsasən hidrokarbonatlar və sulfatlar şəklində olur.