Dövri sistemdə mövqeyi və atomunun quruluşu. Kalsium 4-cü dövr, II qrupun əsas yarımqrup elementidir; atomu 1s22s22p63s23p64s2 elektron formuluna malikdir.
Təbiətdə yayılması. Kalsium Yer qabığında yayılmasına görə 5-ci elementdir. Təbiətdə yalnız birləşmələr şəklində rast gəlinir. Bunlardan ən mühümləri – kalsit CaCO3 (mərmər, əhəngdaşı, təbaşirin əsas tərkib hissəsi), dolomit CaCO3·MgCO3, gips CaSO4·2H4O, anhidrit CaSO4, fosforit Ca3(PO4)2, flüor-, xlor- və hidroksoapatit 3Ca3(PO4)2·CaX2 (X = F,Cl,OH) və flüoritdir CaF2. İnsan orqanizmində sümük və dişlərdə fosfatlar şəklində 2%-ə qədər kalsium olur.
Alınması. Kalsium sənayedə kalsium-xloridin ərintisinin elektrolizi ilə alınır:
Fiziki xassələri. Kalsium gümüşü-ağ rəngli, kifayət qədər bərk, yüngül (ρ = 1,55 q/sm3), ərimə temperaturu 851°C olan metaldır.
Kimyəvi xassələri. Kalsium havanın oksigeni və su buxarı ilə qarşılıqlı təsirdə olur. Bu səbəbdən onu ağ neftdə saxlayırlar. Adi şəraitdə kalsium həmçinin halogenlərlə, qızdırıldıqda isə digər qeyri-metallarla asanlıqla qarşılıqlı təsirdə olur:
Kalsium sudan və duru turşulardan (nitrat turşusundan başqa) hidrogeni sıxışdırıb çıxarır:
Maqnezium və kalsium metalları titan, vanadium, volfram və s. metalları onların oksidlərindən reduksiya edir.
Tətbiqi. Kalsium müxtəlif ərintilərin (məsələn, diyircəkli yastıqların hazırlanması üçün lazım olan qurğuşun-kalsium ərintisinin) alınmasında, bəzi çətinəriyən metalları (titan, sirkonium və s.) onların oksidlərindən reduksiya etmək üçün istifadə olunur.
Təyini. Kalsiumun birləşmələri alovu kərpici-qırmızı rəngə boyayır.