– | Nə üçün Ca, Sr, Ba və Ra elementləri qələvi-torpaq metalları adlanır? |
– | Nə üçün bu metalların reduksiyaedici xassələri eyni dövrdə yerləşmiş qələvi metalın reduksiyaedici xassələrindən zəifdir? |
Berillium yarımqrupuna 6 element – berillium Be, maqnezium Mg, kalsium Ca, stronsium Sr, barium Ba və radium Ra daxildir.
– | Be, Mg və Ca metallarından hansının ikisinin səthində əmələ gələn oksid təbəqəsi bu metalları korroziyadan qoruya bilir? Cavabınızı əsaslandırın. |
– | CaO, MgO və BeO oksidlərindən hansı adi şəraitdə həm su, həm də karbon qazı ilə qarşılıqlı təsirdə olur? Bu reaksiyaların molekulyar tənliklərini tərtib edin. |
– | Sizcə, bu üç oksiddən hansı amfoter xassəlidir? Nə üçün? |
– | Oksidlərdən hansı sönməmiş əhəng adlanır? Sizcə, bu oksid nə üçün belə adlanır? |
Berillium yarımqrupu elementləri atomlarının xarici energetik səviyyəsində iki selektron (ns2) vardır. Bu elementlər s-elementləridir. Xarici səviyyədəki iki elektronu verərək onlar birləşmələrində +2 oksidləşmə dərəcəsi göstərir.
Qələvi-torpaq metalları güclü reduksiyaedicilərdir, lakin bu xassə eyni dövrdə yerləşmiş qələvi metala nisbətən bir qədər zəifdir. Bu onunla əlaqədardır ki, qələvitorpaq metallarının atomlarında valent elektronları nüvəyə daha güclü cəzb olunur.
Be→Mg→Ca→Sr→Ba→Ra istiqamətində ionlaşma enerjisi azalır və metallıq xassəsi artır.
Be yarımqrupu elementləri havada oksidləşərək RO tipli oksidlər əmələ gətirir ki, onlara R(OH)2 tipli hidroksidlər uyğundur. Hidroksidlərin əsasi xassələri və suda həll olması berilliumdan radiumadək artır; Be(OH)2 və BeO amfoter birləşmələrdir.
Su ilə Be qarşılıqlı təsirdə olmur, Mg qızdırıldıqda, qalan metallar isə adi şəraitdə reaksiyaya girir:
Kəşfi. Kalsiumu ilk dəfə 1808-ci ildə ingilis alimi Devi kalsium duzlarının ərintisinin elektrolizindən almışdır. Latınca calx – “yumşaq daş, əhəng ” deməkdir.