Bu maraqlıdır
Natrium və kalium ionları canlı orqanizmdə mühüm rol oynayır: qanın
təzyiqini tənzimləyir, bitkilərdə duz məhlullarının kökdən yarpaqlara doğru
yerdəyişməsini təmin edir, kalium isə həmçinin ürək əzələlərinin
fəaliyyətində iştirak edir.
Ən çox miqdarda kalium ərik qurusunda, soya, paxla, yaşıl noxud, qara
gavalı və üzümün tərkibində mövcuddur. Bitkilərdə kalium lazımi qədər
olmadıqda fotosintez prosesi zəifləyir.
Açar sözlər
• qələvi metallar • peroksid və superoksidlər •
1. Yarımqrupda yuxarıdan aşağıya doğru qələvi metalların hansı xassələri artır?
1. ionlaşma enerjisi
2. metallıq xassəsi
3. reduksiyaedicilik xassəsi
4. atom radiusu
A) 1,2,3,4
B) 1,2
C) 1,2,3
D) 1,3
E) 2,3,4
2. Qələvi metalların (R) binar birləşmələrindən hansının formulu səhv verilmişdir?
A) RH B) RO C) RCl D) R3N E) R2S
3. Natrium haqqında hansı ifadə doğrudur?
1. nüvə reaktorlarında istilikdaşıyıcı kimi istifadə edilir
2. alovu bənövşəyi rəngə boyayır
3. sənayedə elektroliz üsulu ilə alınır
4. ionu zəhərlidir
5. hidrogendən güclü reduksiyaedicidir
A) 1,2,3,4,5
B) 1,2,3,4
C) yalnız 3
D) 3,4,5
E) 1,3,5
4. Natriumu havada uzun müddət saxladıqda onun səthində hansı birləşmələr əmələ gələ bilər?
1. NaOH 2. NaHCO3 3. Na2CO3 4. Na3N
5. Nə üçün qələvi metallar ən fəal metallardır?
6. Qələvi metallar qeyri-metallarla, əsasən, hansı tip birləşmələr əmələ gətirir?
7. Nə üçün natrium və kaliuma təbiətdə sərbəst halda rast gəlinmir?
8. Reaksiya sxemlərini dəftərinizə köçürün və tamamlayın.
a. ... + CO2 → K2CO3
b. 2Na + 2H2O → 2... + ...
c. ... + ... → 2KCl + BaSO4↓
9. 0,1 mol qələvi metalın su ilə qarşılıqlı təsirindən neçə litr (n.ş.) hidrogen qazı ayrılar?
10. Çevrilmələrin tənliklərini tərtib edin.