Səhv ifadəni müəyyən edin.
A) korroziya – metal səthində metalın oksidləşmə məhsullarının əmələ gəlməsidir
B) paslanma – dəmir və polad məmulatların korroziyasıdır
C) dəmirin ətraf mühitdə korroziyasında həm oksigen, həm də su iştirak edir
D) mühitdə duzun olması korroziyanı sürətləndirir
E) korroziya metalın səthində əmələ gələn oksid təbəqəsinin xassəsindən asılı deyil
Polad məmulatlarını korroziyadan mühafizə etmək üçün onların səthi hansı metallarla
örtülür?
1. Hg 2. Cr 3. Sn 4. Ni 5. Ca 6. Li
Hansı metalların polada əlavə edilməsi poladın korroziyaya qarşı davamlılığını artırır? 1. Cr 2. K 3. Ni 4. Ba
Nə üçün qaynadılmış suya salınmış dəmir mismar ağzıbağlı ampulada paslanmır
Nə üçün dəniz kənarında istismar olunan avtomaşınlar daha tez korroziyaya uğrayır?
Nə üçün atmosferi H2S, HCl, SO2, NO və NO2 kimi qazlarla çirklənmiş ərazilərdə
korroziya daha sürətlə baş verir?
Sizcə, korroziya homogen, yoxsa heterogen prosesdir? Nə üçün?
Mühitin temperaturu və oksidləşdiricinin mühitdəki qatılığı korroziyanın sürətinə necə
təsir göstərir? Nə üçün?
Nə üçün sink və xrom metalları dəmirdən daha fəal olmasına baxmayaraq onlar korroziyaya
daha davamlıdır?