Spirtlər (doymuş) – alkan molekulunda bir və ya bir neçə H atomunun hidroksil (OH) qrupu
ilə əvəz olunmasından alınan üzvi birləşmələr.
Sulfatlar – sulfat turşusunun (H2SO4) duzları.
Sulfid turşusu – hidrogen-sulfidin suda məhlulu.
Sulfidlər – sulfid turşusunun (H2S) duzları.
Sulfit turşusu – kükürd-dioksidin suda məhlulu.
Sulfitlər – sulfit turşusunun (H2SO3) duzları.
Stearatlar – stearin turşusunun (C17H35COOH) duzları.
Şoralar – natrium, kalium, ammonium və kalsiumun nitratları.
Termit – alüminium tozu ilə dəmir-yanığının 8:3 mol nisbətində götürülmüş qarışığı.
Tsikloparafinlər – molekullarında karbon atomları bir-birilə birqat rabitə ilə birləşmiş
tsiklik karbohidrogenlər.
Üzvi kimya – kimyanın üzvi birləşmələrin tərkibini, quruluşunu, xassələrini və alınması üsullarını
öyrənən bölməsi.
Yağlar – üçatomlu spirt olan qliserinlə birəsaslı (əsasən, ali) karbon turşularının mürəkkəb
efirləri.
Yüngül metal – sıxlığı 5 q/sm3-dən kiçik olan metal.
Zülallar (polipeptidlər) – aminturşu qalıqlarından ibarət üzvi birləşmələr.