2. Korroziyaya davamlı (legirlənmiş) ərintilərin alınması. Ərintilərin tərkibinə Ni, Co, Cu və Cr metallarını əlavə etdikdə korroziyaya davamlı ərintilər alınır; məsələn, poladın tərkibinə təqribən 12% xrom daxil etdikdə korroziyaya davamlı paslanmayan polad alınır. Paslanmayan poladın üzərində yaranan davamlı xrom(II) oksid təbəqəsinin qalınlığı 0,000 001 mm təşkil edir.
3. Elektrokimyəvi üsullar. Bu məqsədlə, əsasən, protektor mühafizəsi üsulu tətbiq edilir. Bu üsul elektrolit mühitində (dəniz, yeraltı sular və s.) istifadə olunur. Protektor mühafizəsi zamanı qorunan məmulata (gəminin gövdəsinə, neft və qaz borularına) daha aktiv metal (Mg, Al, Zn) lövhə – protektor pərçim edilir (d). Bu halda korroziyaya aktiv metal (d-də sink) uğrayır, əsas məmulat (dəmir gövdə) isə mühafizə edilir: sinkin elektronları dəmir gövdə vasitəsilə suda həll olmuş oksigenə keçərək OH– ionları əmələ gətirir. Bu üsulun catışmayan cəhəti ondan ibarətdir ki, protektor dövri olaraq dağılıb qurtardıqdan sonra yenisi ilə əvəz olunmalıdır .
4. Mühitin tərkibinin dəyişdirilməsi. Korroziyanın qarşısını almaq və ya onun sürətini azaltmaq üçün metalın təmasda olduğu mühitə inhibitor adlanan maddə qatılır. Məsələn, qatı sulfat turşusunun polad qablarda saxlanması və daşınmasında inhibitorlardan istifadə olunur.