Qeyri-karbonatlı (daimi) codluq – suda kalsium və maqneziumun sulfat və xloridlərinin
olması ilə əlaqədar codluq.
Qələvi metallar – IA yarımqrupunun metalları.
Qələvi-torpaq metalları – IIA yarımqrupunun Ca, Sr, Ba və Ra (radium) metalları.
Qida elementləri – bitkilərin normal inkişafı üçün lazım olan elementlər.
Quruluş vahidi – makromolekulda çoxlu sayda təkrarlanan eyni quruluşlu atomlar qrupu.
Liflər – əyirilmək və toxunmaq qabiliyyətinə malik, saplar şəklində dartıla bilən təbii və
sintetik polimerlər.
Maye şüşə – natrium-silikat və ya kalium-silikatın qatı məhlulu.
Metalların elektrokimyəvi gərginlik sırası – metalların suda aktivliyinin azalması ilə
düzülüşü.
Metallurgiya – sənayedə metal və ərintilərin alınması ilə məşğul olan sənaye sahəsi.
Mineral gübrə – tərkibində bitkilər üçün qida elementi olan birləşmə.
Mürəkkəb efirlər – karbon turşularının spirtlərlə qarşılıqlı təsirindən əmələ gələn üzvi maddələr.
Nitratlar – nitrat turşusunun (HNO3) duzları.
Oleatlar – olein turşusunun (C17H33COOH) duzları.
Oleum – kükürd-trioksidin qatı sulfat turşusunda məhlulu.
Ortofosfatlar – ortofosfat turşusunun (H3PO4) duzları.
Palmitatlar – palmitin (C15H31COOH) turşusunun duzları.
Perxloratlar – perxlorat (HClO4) turşusunun duzları.
Piroliz – havasız şəraitdə maddənin 1000–1200°C-də qızdırılması prosesi.
Pirometallurgiya – filizdən yüksək temperaturda reduksiyaedicilərlə metalın reduksiyası
prosesi.
Plastik kütlələr – qızdırıldıqda verilən formanı soyudulduqdan sonra da saxlayan polimerlər.
Polad – tərkibində 0,1–2%-ə qədər karbon və az miqdarda digər qatışıqlar (Si, Mn, S, P) olan
dəmir ərintisi.
Polikondensləşmə reaksiyaları – irimolekullu birləşmələrin və əlavə məhsul kimi kiçikmolekullu
birləşmələrin, məsələn, suyun əmələ gəlməsi ilə gedən reaksiyalar.
Polimerləşmə dərəcəsi – makromolekulda quruluş vahidinin sayını göstərən ədəd.
Polimer və ya irimolekullu birləşmələr – molekulları çoxlu sayda təkrarlanan atomlar
qrupundan ibarət maddələr.
Polimerləşmə reaksiyaları – monomer molekullarının bir-biri ilə çox sayda birləşərək
irimolekullu birləşmə əmələ gətirməsi reaksiyaları.
Sabun – ali karbon turşularının (C10 –C21) natrium və kalium duzları.
Sadə gübrə – tərkibində yalnız bir qida elementi olan gübrə.
Silikatlar (metasilikatlar) – metasilikat turşusunun (H2SiO3) duzları.
Silisidlər – silisiumun metallarla birləşmələri.