Ferroxrom – dəmirlə xromun ərintisi.
Fenol – OH qrupu bilavasitə benzol nüvəsi ilə birləşmiş üzvi maddə (C6H5–OH).
Filiz – sənayedə metalları almaq üçün yararlı olan təbii birləşmə.
Flüor yarımqrupu elementləri – VIIA yarımqrupunun elementləri.
Formiatlar – qarışqa turşusunun (HCOOH) duzları.
Fosfidlər – fosforun metallarla birləşmələri.
Funksional qrup – üzvi birləşmələrin xarakterik kimyəvi xassələrini və onların müəyyən sinfə
mənsub olduğunu əks etdirən atom və ya atomlar qrupu.
Halogenlər – VIIA yarımqrupunun elementləri.
Halogenidlər – hidrogen-halogenid turşularının duzları.
Həllolan şüşə – natrium-silikat və ya kalium-silikat.
Hidrogen-halogenidlər – halogenlərin hidrogenli birləşmələri.
Hidrometallurgiya – metal birləşməsinin məhlula keçirilməsi və həmin məhluldan daha aktiv
metalla və ya elektrik cərəyanı ilə ilkin metalın reduksiyası.
Hipoxloritlər – hipoxlorit (HClO) turşusunun duzları.
Homoloqlar – eyni bir sinfə daxil olan və molekul tərkibinə görə bir-birindən bir və ya bir neçə
metilen (CH2) qrupu ilə fərqlənən üzvi maddələr.
Xalkogenlər – VIA yarımqrupunun elementləri.
Xloratlar – xlorat (HClO3) turşusunun duzları.
Xlorlu əhəng – xlorun adi şəraitdə sönmüş əhəng məhlulu ilə qarışığı.
Xlorlu su – xlorun suda məhlulu.
İzomerlər – molekullarının tərkibi eyni, kimyəvi quruluşu və buna görə də xassələri ilə birbirindən
fərqlənən maddələr. Bu hadisə isə izomerlik adlanır.
Javel suyu – xlorun adi şəraitdə (qızdırılmadan) KOH və ya NaOH məhlulu ilə qarışığı.
Karbonatlar – karbonat (H2CO3) turşusunun duzları.
Karbonatlı (müvəqqəti) codluq – suda maqneziumla kalsiumun hidrokarbonatlarının olması
ilə əlaqədar codluq.
Karbon turşuları – molekullarında karbohidrogen radikalı ilə birləşmiş bir və ya bir necə
karboksil (COOH) qrupu olan üzvi birləşmələr (Qarışqa turşusu H–COOH istisnadır.)
Karbohidratlar – tərkibi Cn(H2O)m formulu ilə ifadə olunan üzvi maddələr (n və m≥ 4).
Karbohidrogenlər – molekulları karbon və hidrogen atomlarından ibarət olan maddələr.
Katod – səthində artıqlaması ilə elektron olan mənfi yüklü elektrod.
Keçid metallar (elementləri) – 4–7-ci dövrlərin əlavə yarımqrup elementləri.
Kimyəvi quruluş – molekulda atomların birləşməsi ardıcıllığı.
Korroziya – metalların və onların ərintilərinin ətraf mühitin təsirindən dağılması.
Kompleks gübrə – tərkibində iki və daha çox qida elementi olan gübrə.
Krekinq – molekullarında çox sayda C atomu olan karbohidrogenlərin termiki parçalanması
nəticəsində az sayda C atomu olan karbohidrogenlərin əmələgəlmə prosesi.
Kvars – silisium-dioksidin saf kristalları.