52
T ə c r ü b ə
1 Çoxatomlu spirtlərin mis(II) hidroksidlə qarşılıqlı təsiri
Nəticəni müzakirə edək:
– Mis kuporosu məhluluna qələvi ilə təsir etdikdə hansı rəngdə çöküntü alınır?
– Çöküntünün tərkibi hansı formulla ifadə olunur?
– Çöküntünün üzərinə qliserin əlavə etdikdə nə baş verir? Nə üçün?
– Apardığınız reaksiya ilə hansı üzvi birləşmələri təyin edirlər?
– Sonda alınan məhlul hansı rəngdə olur?
T ə c r ü b ə
2 Asetilenin alınması və xassələri
Sınaq şüşəsinə 2 ml su tökün və noxud boyda kalsium-karbid yerləşdirin.
Sınaq şüşəsinin ağzını qazaparan boru keçirilmiş tıxacla tez bağlayın və qazaparan
Nə müşahidə edirsiniz? Məhlulun rənginin dəyişməsinin səbəbi nədir?
Baş verən reaksiyaların tənliklərini tərtib edin.
T ə c r ü b ə
3 Aldehidlərin oksidləşməsi
a) |
Sınaq şüşəsində mis(II) hidroksid çöküntüsünü alın və qələvi məhlulunu süzmədən
üzərinə 1 ml aldehid əlavə edin. |
b) |
Digər sınaq şüşəsində həcmi 1 ml olan Ag2O-nun ammonyaklı suda məhluluna
asta-asta sınaq şüşəsinin divarı ilə 1 ml aldehid əlavə edin. |
Hər iki sınaq şüşəsini içərisində qaynayan su olan kimyəvi stəkana salın.
Baş verən dəyişiklikləri müşahidə edin və reaksiyaların tənliklərini yazın.
Bu reaksiyalardan hansı üzvi birləşmələrin təyinində istifadə olunur?
T ə c r ü b ə
4 Sirkə turşusunun bəzi xassələri
a) |
Sınaq şüşəsinə 1 ml sirkə turşusu tökün və üzərinə bir neçə damcı metiloranj əlavə
edin. İndikatorun rəngi necə dəyişdi? Alınmış məhlulun üzərinə asta-asta 1 ml
qələvi məhlulu əlavə edin. Nə müşahidə edirsiniz? |
b) |
Digər sınaq şüşəsində kiçik təbaşir parçası yerləşdirin və üzərinə 1 ml sirkə turşusu
tökün. Nə baş verir? |
Hər iki təcrübədə baş verən reaksiyaların tənliklərini tərtib edin.