Məsələ. |
tərkibli polimerin nisbi molekul kütləsini hesablayın. Mr(CH2=CH–CH3) = 42.
|
• Plastik kütlələr – polimerlərdən hazırlanmış və qızdırıldıqda verilən formanı alaraq, soyudulduqdan sonra da həmin formanı saxlayan materiallardır.
Plastik kütlələrin yüngül olması, yüksək kimyəvi və mexaniki davamlılığı, istiliyi və elektriki yaxşı izolyasiya etmə qabilliyyəti praktikada geniş tətbiq olunur. Məsələn, plastik kütlələrdən polietilen, polipropilen, polivinilxlorid, polistirol və onun birgəpolimerləri, fenolformaldehid qatranı və s. sənayenin müxtəlif sahələrində, kənd təsərrüfatında, təbabətdə, məişətdə və s. tətbiq edilir.
• Liflər – əyirilmək və toxunmaq qabiliyyətinə malik, saplar şəklində dartıla bilən təbii və sintetik polimerlərdir.
Liflər təbii və kimyəvi liflərə ayrılır. Təbii liflər bitki və heyvan mənşəli olur (d), məsələn, pambıq, kətan, yun, ipək.
Kimyəvi liflər də, öz növbəsində, süni və sintetik liflərə ayrılır. Süni asetat və viskoz lifləri sellülozanın çevrilmələri nəticəsində alınır. Sintetik liflər isə sintetik polimerlərdən, məsələn, kapron, naylon və lavsandan hazırlanır.