Bilik qutusu • Etilenin polimerləşmə reaksiyasının sxemini
aşağıdakı kimi göstərmək
olar:
Bilik qutusu • Polimerləşmə reaksiyası üzrə alınan mühüm
polimerlərə polietilen və
polipropilenlə yanaşı, polivinilxlorid, teflon, polistirol və s-ləri aiddir:
Polikondensləşmə reaksiyası üzrə zülallar əmələ gəlir, sənayedə kapron və lavsan
lifləri (bax: səh.192) alınır. Formaldehidlə fenolun birgə polikondensləşməsi reaksiyası
ilə böyük praktik əhəmiyyətə malik olan
fenolformaldehid qatranı istehsal olunur.
Fenolformaldehid qatranının alınmasını belə göstərmək olar:
Mənşəyinə görə polimerləri 3 qrupa bölmək olar: təbii (biopolimerlər), süni
vəsintetik polimerlər.
Bilik qutusu • Təbii polimerlərə sellüloza, nişasta, təbii kauçuk, zülallar,
süni
polimerlərə vulkanlaşdırılmış təbii kauçuk,
sintetik polimerlərə isə polietilen,
polipropilen, lavsan, kapron, butadien kauçuku aiddir.
Makromolekulun quruluşuna görə polimerlər xətti (a), şaxəli
(b) və torvarı (c)
polimerlərə ayrılır. Xətti quruluşlu polimerlərə aşağı təzyiqdə alınan polietilen,
sellüloza, lavsan, kapron, təbii kauçuk, polistirol, şaxəli quruluşlu polimerlərə qlikogen, yüksək təzyiqdə alınan polietilen, torvarı quruluşlu polimerlərə isə fenolformaldehid
qatranı, rezin və s. aiddir.