• İrimolekullu birləşmələrin və əlavə məhsul kimi kiçikmolekullu birləşmələrin, məsələn, suyun, əmələ gəlməsi ilə gedən reaksiyalar polikondensləşmə reaksiyalarıdır.
Zülalların quruluşu və xassələriZülallar mürəkkəb quruluşa malikdir. Hazırda zülal molekulunun ilkin, ikinci, üçüncü və dördüncü quruluşu müəyyən edilmişdir.
• Polipeptid zəncirində aminturşu qalıqlarının düzülüş ardıcıllığı zülalın ilkin quruluşu adlanır. Məsələn, aşağıdakı zülalın ilkin quruluşu onu təşkil edən aminturşu qalıqlarının məhz R1-R2-R3-R4... ardıcıllığı ilə müəyyən olunur (a).
• Zülalın ikinci quruluşu – polipeptid zəncirinin ayrı-ayrı hissələrinin fəzada əldə etdiyi formasıdır. Təbii zülalların əksəriyyətində polipeptid zənciri spiral şəklində qıvrılmış olur. Zülalın ikinci quruluşunun bu forması α-spiral adı almışdır (b).
(b) | Zülal molekulunun ikinci quruluşu |
• Zülalın üçüncü quruluşu – spiralın fəzada bükülərək əmələ gətirdiyi formasıdır. Sadə halda zülalın üçüncü quruluşunu spiralın yumaq şəklində dolanmış forması kimi təsəvvür etmək mümkündür, məsələn, hemoqlobinin bir polipeptid zəncirində olduğu kimi (c).