Molekulu xətti quruluşa malik sellülozadan kətan və pambıq şəklində parça istehsalında istifadə olunur. Onun böyük miqdarı kağız, etil spirti istehsalına sərf olunur. Sellülozanın hidrolizindən alınan qlükozanın qıcqırdılması ilə etil spirti alınır:
Bu cür alınan spirt hidroliz spirti adlanır. Sellülozanın kimyəvi yolla işlənməsindən viskoz və asetat ipəkləri, plastik kütlələr, yanmayan kino və fotomaterialları, həmçinin tüstüsüz barıt alınır.
Məsələ. | Qlükozanın qıcqırmasından 9,2 q etil spirti alınmışdır. Qıcqırma zamanı ayrılan karbon qazının həcmini (litr, n.ş.) hesablayın. |