Disaxarid kimi saxaroza hidrolizə uğrayır. Bu zaman iki monosaxarid molekulu – qlükoza və fruktoza molekulları əmələ gəlir:
Saxaroza, əsasən, şəkər çuğundurunda (12-20%) və şəkər qamışında (14-26%) olur. Ona görə o çuğundur şəkəri və ya qamış şəkəri adlandırılır. O, şəkərin əsas tərkib hissəsidir. Saxaroza şəkər qamışından və şəkər çuğundurundan ayrılır.
Polisaxaridlər – nişasta və sellülozaKarbohidratlardan ən mürəkkəbləri nişasta və sellülozadır.
Nişasta – qlükoza qalıqlarından ibarət (C6H10O5)n tərkibli təbii polimerdir. O, bitkilərdə fotosintez nəticəsində – əvvəlcə qlükoza, sonra qlükozadan nişasta – əmələ gəlir:
Nişasta, əsasən, kartofdan, həmçinin düyüdən və qarğıdalıdan alınır. Nişasta dadsız, ağ toz halında olan maddədir. Soyuq suda həll olmur, lakin isti suda şişərək yapışqan xassəli kolloid məhlul (nişasta yapışqanı) əmələ gətirir. Nişasta hidrolizə uğrayır. Sənayedə onun hidrolizi ilə qlükoza ( α -qlükoza)* alınır:
Nişastadan qənnadı məmulatı istehsalında istifadə edilən dekstrin, patka (dekstrinlə qlükoza qarışığı), qlükoza, etanolun alınmasında istifadə olunur.
Ondan yapışqan kimi parçaları nişastalamaq üçün, təbabətdə tibbi məlhəmlər, həb və dərman kapsullarının hazırlanmasında istifadə edilir.Nişastanın təyini onun yodla qarşılıqlı təsirdə olub, göy rəng əmələ gətirməsinə əsaslanır (a).
Sellüloza nişastaya nisbətən daha çox yayılmış karbohidratdır. O, bütün bitki hüceyrələrinin qılaflarını təşkil edir. Oduncaqda 50%-ə qədər, pambıq lifində və süzgəc kağızında isə 98%-ə qədər sellüloza olur.
Sellüloza nişasta kimi eyni (C6H10O5)n tərkibli təbii polimerdir. Sellüloza bitkilərdən - pambıqdan, oduncaqdan, qamışdan və s-dən alınır.
Sellüloza ağ, bərk maddədir, suda və adi üzvi həlledicilərdə (spirtdə, asetonda) həll olmur. Duru turşularla qızdırıldıqda hidrolizə uğrayır; bu zaman o β-qlükozaya çevrilir*: