Hazırda sabun istehsalında lazım olan karbon turşuları neft parafinlərini
(alkanları) oksidləşdirməklə alınır:
Məişətdə və istehsalatda sabun əvəzinə sintetik yuyucu vasitələrdən də, məsələn,
yuyucu tozlardan istifadə olunur. Sintetik yuyucu vasitələrin üstünlüyü ondan ibarətdir
ki, onlar cod suda yuyucu təsirini itirmir. Ümumi halda sabunun və sintetik
yuyucu maddələrin formullarını belə göstərmək olar:
Açar sözlər
efirləşmə reaksiyaları • sabunlaşma • mürəkkəb efirlər • triqliseridlər
• sabun • sintetik yuyucu vasitələr •
1. Mürəkkəb efirin alınması reaksiyasına aid olmayan ifadəni göstərin.
2. Doğru ifadələri müəyyən edin. Yağlar ...
3. Doğru ifadələri müəyyən edin. Maye yağlar ...
4. Doğru ifadələri göstərin. Sabunlar ...
5. Olein turşusu ilə qliserin arasında baş verən efirləşmə reaksiyasının tənliyini tərtib edin.