n ü m u n ə
Doymuş birəsaslı karbon turşularının C
nH
2n+1COOH nisbi molekul kütlələrini alkil radikalındaki
karbon atomlarının sayı (n) ilə ifadə edin. A
r(C) = 12, A
r(O) = 16, A
r(H) = 1.
M
r(C
nH
2n+1COOH) ifadəsində elementlərin nisbi atom kütlələrini və atomların indekslərini
nəzərə alıb M
r-i hesablayaq:
Mr(CnH2n+1COOH) = 12·n + 1·(2n+1) + 12 + 16·2 + 1 = 14n + 46
Məsələ. |
0,05 mol doymuş birəsaslı karbon turşusunun natrium duzunun kütləsi 4,1
qramdır. Turşunun formulunu müəyyən edin. Ar(Na) = 23. |
Bilik qutusu •
Limon turşusu – üçəsaslı
karbon turşularının xassələrini göstərir. Əsasən, limonda və digər
sitrus bitkilərində rast gəlinir. Yeyinti
sənayesində sərinləşdirici içkilərin və qənnadı
məmulatlarının hazırlanmasında, həmçinin
əczaçılıq sənayesində istifadə olunur. Canlı
orqanizmlərdə maddələr mübadiləsi
prosesində mühüm rol oynayır.