Kimyəvi xassələri. Sirkə turşusu mineral turşuların kimyəvi xassələrinə malikdir: suda məhlulda qismən dissosiasiya edir, fəal metallarla, qələvilərlə, əsasi oksidlərlə, zəif turşuların duzları ilə qarşılıqlı təsirdə olur:
Tətbiqi. Sirkə turşusundan plastik kütlələr, müxtəlif boyalar (məsələn, indiqo), dərman maddələri (məsələn, aspirin, fenasetin), asetat lifi istehsalında, yanmayan kinoplyonkaların alınmasında istifadə olunur.
Sirkə turşusundan tərəvəzlərin konservləşdirilməsində, həmçinin süfrə sirkəsi kimi istifadə edilir.
Təyini. Sirkə turşusunu özünəməxsus iyinə görə fərqləndirmək olur.
Ali (C10–C21) karbon turşuları – palmitin, stearin və olein turşularıDoymuş birəsaslı ali karbon turşularından ən mühümləri palmitin (heksadekan) və stearin (oktadekan) turşularıdır:
(b) Palmitin və stearin turşuları molekullarının mil-kürəcik modelləri
Onlar qliserinin mürəkkəb efirləri – qliseridlər şəklində bitki və heyvan yağlarının tərkibinə daxildir. Palmitin və stearin turşuları ağ rəngli, suda həll olmayan bərk maddələrdir. Onların qarışığı stearin adlanır və stearin şamlarının hazırlanmasında istifadə olunur. Palmitin və stearin turşularının natrium duzları bərk sabunun, kalium duzları isə maye sabunun əsas tərkib hissəsidir.
Karbohidrogen radikalında 1 ədəd C=C-rabitəsi olan doymamış turşulardan böyük əhəmiyyətə malik olanı olein turşusudur C17H33COOH:
Olein turşusu iysiz, dadsız mayedir. O, zeytun, günəbaxan, qarğıdalı, badam yağlarının tərkibinə daxildir.