Tətbiqi. Sirkə aldehidindən sirkə turşusu, plastik kütlə, dərman maddələri alınır.
Formaldehiddən müxtəlif qatranların, boya və dərman maddələrinin istehsalında istifadə olunur. Formalin dərinin aşılanmasında, anatomik preparatların konservləşdirilməsində, cərrahiyyə alətlərinin dezinfeksiya edilməsində, eləcə də toxumların dərmanlanmasında işlədilir.
Təyini. Aldehidlərin təyini onların “gümüş güzgü” reaksiyası üzrə və təzə çökdürülmüş Cu(OH)2 ilə oksidləşməsinə əsaslanır.